22 Dekabr 2024, Bazar

Bu il yaradılmasının 90 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikası hər zaman qəhrəman övladları ilə fəxr edib, onların sayəsində bu qədim diyarın təhlükəsizliyi, ərazi bütövlüyü təmin olunub. Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanı doğma diyarımızın varlığı üçün əziz canlarından keçərək şəhid olmuş el­oğullarımızın igidliyini, mübarizliyini bir daha sübut edir. Şəhərimizin ən müqəddəs məkanlarından biri olan Şəhidlər Xiyabanı həm də yüzlərlə, minlərlə insanın ziyarətgahına çevri­lib. Xiyaban ərazisində yeni muzey binasının tikilməsi isə döv­lətimiz tərəfindən şəhid xatirəsinin əziz tutulduğunun daha bir nümunəsidir.
Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən inşa edilən muzey binasının tikintisinə cari ilin mart ayından başlanılıb. İki mərtəbədən ibarət olacaq binada beton-qəlib işləri yekunlaşıb, birinci mərtəbədə isə arakəsmələrin hörgüsü başa çatıb. Hazırda binanın dam örtüyünün vurulmasına başlanılıb. 245 kvadratmetr sahəni əhatə edən binanın birinci mərtəbəsində iş otaqları, ikinci mərtəbədə isə sərgi salonu yerləşəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR