22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindən tutmuş ən ucqar dağ və sərhəd kəndlərinədək geniş vüsəti ilə diqqəti çəkən quruculuq tədbirlərinin həcmi Şərur rayonunda da 2014-cü ildə xeyli artıb. Hazırda rayon mərkəzində, Cəlilkənd, Kürkənd, Diyadin, Püsyan, Dizə yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin bir qrup inşaatçısı Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 18 mənzilli yaşayış binasının yenidən qurulması ilə məşğuldur. Yeni layihəyə əsasən, binanın mənzil sahəsinin artırılması nəzərdə tutulub. Adıçəkilən idarənin inşaatçıları digər quruculuq tədbirlərində də fəallıq göstərirlər. Rayon mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat, imtahan və texniki baxış şöbəsinin Şərur rayonlararası müayinə və diaqnostika mərkəzi üçün yeni bina inşa olunur, əltopu oyunları idman meydançası təmir edilir.

Quruculuq tədbirlərdən biri yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin Cəlilkənddəki fəaliyyətini özündə əks etdirən muzey üçün yeni binanın inşa olunmasıdır. Mövcud muzey binası sökülərək müasir arxitektura üslubunda tikilmiş yeni binada əsas inşaat işləri başa çatdırılıb. Hazırda muzeyin daxilində işlər davam etdirilir. Muzey binasına yaxın ərazidə isə xidmət mərkəzi inşa olunur. Kəndin mədəniyyət evinin binası da yenidən qurulur.
Kürkənddə üç mərtəbədən ibarət 216 şagird yerlik məktəb binası, xidmət və kənd mərkəzləri, Diyadində 3 mərtəbədən ibarət 88 şagird yerlik məktəb və kənd mərkəzi tikilir, Püsyanda 630 şagird yerlik məktəb binası, həkim ambulatoriyası və kənd mərkəzi, Dizədə kənd məktəbi yenidən qurulur, həmin yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası inşa olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR