22 Dekabr 2024, Bazar

Muxtar respublika iqtisadiyyatının çoxşaxəliliyinin təmin olunmasında bank-kredit təşkilatlarının rolu böyükdür. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank təşkilatları ilə yanaşı, bank olmayan kredit təşkilatları da bu vəzifənin yerinə yetirilməsində fəallıq göstərirlər. Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, cari ilin ilk rübündə bank olmayan kredit təşkilatlarının muxtar respublika iqtisadiyyatının kredit qoyuluşlarında xüsusi çəkisi 14,8 faiz olmuşdur. Hazırda muxtar respublikada 8 belə kredit təşkilatı fəaliyyət göstərir. Bunlar arasında “FINCA” BOKT, “Naxçıvan-Kredit” BOKT MMC, “Aqrarkredit” SKT Naxçıvan filialı və digərləri muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinə kredit qoyuluşlarında xüsusilə fərqlənirlər. Ümumilikdə, bu təşkilatlar tərəfindən cari ilin ilk 3 ayı ərzində 12 milyon 500 min manatdan çox həcmdə kredit qoyuluşları həyata keçirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR