22 Dekabr 2024, Bazar

“Muxtariyyət ili”ndə Ordubad rayonunda tikinti-quruculuq işlərinin həcmi bir qədər də artıb. Hazırda rayonun bir neçə yaşayış məntəqəsi tikinti meydançasını xatırladır. Bu ünvanlardan biri də Aşağı Əylis kəndidir. Hazırda bu yaşayış məntəqəsində kənd mərkəzi və kənd tam orta məktəbi üçün binalar inşa olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin rəisi Əkrəm Salmanovdan aldığımız məlumata görə, 2 mərtəbədən ibarət olacaq kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana və mədəniyyət evi fəaliyyət göstərəcək. Obyektin birinci mərtəbəsində inşaat işləri başa çatmaq üzrədir.

Kənd tam orta məktəbinin binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Hazırda ikinci mərtəbəsində tikinti işləri aparılan 256 şagird yerlik nəzərdə tutulmuş binada işıqlı sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman qurğuları müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Obyektlərin tikintisində yerli inşaat materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amili diqqətdə saxlanılır.

*    *    *

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət idman və gənclər siyasəti muxtar respublikamızda uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, müxtəlif idman infrastrukturlarının yaradılması təkcə paytaxt Naxçıvan şəhərini deyil, bölgələrimizi də əhatə edir. Muxtar respublikamızın ən gənc rayonlarından olan Kəngərli rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni binanın tikilməsi də görülən işlərin davamıdır.
İş icraçısı Hicran Əliyevin verdiyi məlumata görə, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın tikintisinə 2013-cü ilin noyabr ayından başlanılıb. Binanın dam örtüyü vurulub, hazırda daxildə suvaq işləri aparılır, fasad hissə isə üzlənir. Bina istifadəyə tam hazır olduqdan sonra zirzəmi hissədə qazanxana, bufet və sinif otaqları, ikinci mərtəbədə 4 sinif otağı, üçüncü mərtəbədə sinif otaqları ilə yanaşı, müəllimlər və kompüter otaqları yerləşəcək. Sonuncu mərtəbə isə oyun zalı və hakim otağı üçün nəzərdə tutulub.
Rayonda digər yeni quruculuq ünvanı rayon Təhsil və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kəngərli Rayon şöbələri üçün tikilən inzibati binadır. İnşasına cari ilin aprel ayından başlanılan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Hazırda obyektdə beton-qəlib işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsi tərəfindən tikintisi davam etdirilən obyektlərdə, əsasən, yerli tikinti materiallarından istifadə edilir, təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR