Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi, nazirliyin və onun struktur qurumlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikada fövqəladə hadisələrin baş vermədən qarşısının alınması, yaşayış məntəqələrinin və əhalinin təbii və texnogen hadisələrdən qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina tikilir. Bundan başqa, ərazidə yeraltı ehtiyat su hovuzu, texnika parkı və təlim qülləsi inşa olunur.
Qeyd edək ki, binanın yerləşdiyi ərazi rayonun yaşayış məntəqələri istiqamətində şəxsi heyətin və avtomobillərin hərəkətinin təşkilinə uyğun seçilib. Burada yanğınsöndürmə xidmətinin fəaliyyətinin təmin olunması üçün hər cür şərait yaradılacaq.
Xəbərlər şöbəsi