22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd” Kiçik Müəssisəsi əlverişli sahibkarlıq mühitindən bəhrələnərək dövlət maliyyə dəstəyi ilə istehsal sahəsini ildən-ilə genişləndirir. Müəssisənin icraçı direktoru Mehrəngiz Əkbərovanın verdiyi məlumata görə, cari ildə də bu istiqamətdə işlər davam etdirilmiş, sifariş verilən xüsusi geyim formalarının kompleks şəkildə müəssisədə istehsal edilməsi məqsədilə köynək istehsalı sahəsinin yaradılmasına başlanmışdır.
Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi-39 ünvanında ayrılmış yeni binanın istehsal sahəsinə uyğunlaşdırılması üçün təmir-bərpa və yenidənqurma işləri aparılmış, su, istilik və kanalizasiya sistemləri yenidən qurulmuş, elektrik xətləri çəkilmiş, arakəsmələr hörülmüş, beton və suvaq işləri başa çatdırılmışdır. Layihəyə uyğun olaraq, ümumi sahəsi 654 kvadratmetr olan binada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, iaşə xidməti göstərilməsi üçün yeməkxana və ayrı-ayrı iş otaqları yaradılmışdır.

Müəssisədə keyfiyyətli məhsul istehsalı üçün Yaponiya və Türkiyə istehsalı olan 40 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılmış, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilmişdir. Yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınıb quraşdırılmasına 300 min manat vəsait sərf olunmuşdur ki, bunun da 165 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən, 145 min manatı isə sahibkarın şəxsi vəsaiti hesabına ödənilmişdir.
İstehsal gücü gündə 1000 ədəd köynək olan yeni istehsal sahəsi daxili bazarın tələbatını tamamilə ödəyəcək. Eyni zamanda yeni istehsal sahəsinin fəaliyyətə başlaması ilə əlaqədar müəssisədə 25-30 yeni iş yeri açılacaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR