Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 296 milyon 185 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 5,2 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır. Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4,9 faiz artaraq 679,6 manata (866,4 ABŞ dollarına) çatmışdır.
* * *
2014-cü ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 151 milyon 730 min manata yaxın sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 6,2 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 155 milyon 261 min manata yaxın həcmdə investisiya yönəldilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 2,4 faiz artmışdır.
* * *
Qeyd olunan dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 8 milyon 175 min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 6 milyon 914 min manat olmaqla, bir il öncəki göstəricini 1,4 faiz üstələmişdir.
* * *
2014-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 11 milyon 963 min manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələmişdir. Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 3 min ton ət (diri çəkidə), 4,7 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 0,3 faiz artmışdır.
* * *
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 231 milyon 939 min manat, onun hər bir nəfərə düşən həcmi isə 1,4 faiz yüksələrək 532,1 manat təşkil etmişdir.
* * *
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2014-cü ilin yanvar-fevral aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 377 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artmışdır.
* * *
1 mart 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 25452-yə çatmışdır ki, bunun da 22515-i və ya 88,5 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-fevral ayları ərzində açılmış 5300 bank hesabının 5245-i və ya 99 faizi aktiv hesablardır.
* * *
2014-cü ilin yanvar-fevral aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 56 milyon 19 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 3,4 faiz artaraq 35 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 14 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
* * *
2014-cü ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 6 milyon 856 min manata yaxın həcmdə kreditlər verilmişdir.