22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən qurucu­luq tədbirləri “Muxtariyyət ili”ndə həcmini bir qədər də genişləndirməklə həyatımızın bütün sahələrini əhatə edir. Belə qayğıdan regionumuzun yanğın təhlükəsizliyi infrastrukturu da bəhrələnib. Ötən illərdə muxtar respublikanın müxtəlif ünvanlarında Naxçıvan Muxtar Respublikası Fövqə­l­adə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rayon şöbələri üçün müasir tələblərə cavab verən yeni binalar inşa olunub, onların maddi-texniki bazaları gücləndirilib. Hazır­da Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati binanın inşası sürətlə davam etdirilir. İnzibati hissədən, təlim qülləsindən və anbarlardan ibarət olacaq binanın birinci mərtəbəsində növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətini təmin edən otaqlar və texniki qaraj yerləşəcək. Burada sinif otağı, yataqxana, yeməkxana, istirahət otağı, camaşırxana və qazanxana, binanın ikinci mərtəbəsində isə iş otaqları və müşavirə zalı əməkdaşların ixtiyarına veriləcək. Sinif otağında şəxsi heyətin təlimatlandırılması üçün lazımi şərait yaradılacaq, məlumat stendləri və kitabçalar qoyulacaq.
Dispetçer otağında mərkəzi radiorabitə sistemi quraşdırıla­­caq. Binanın həyətində geniş abad­­lıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir qrup inşaatçısı öhdəsinə götürdüyü obyektin tikintisini vaxtında başa çatdırmaq üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR