22 Dekabr 2024, Bazar

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət idman və gənclər siyasəti muxtar respublikamızda uğurla davam etdirilir.
Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, müxtəlif idman obyekti və qurğularının yaradılması təkcə paytaxt Naxçıvan şəhərini deyil, bölgələrimizi də əhatə edir. Muxtar respublikamızın ən gənc rayonlarından olan Kəngərli rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni binanın tikilməsi də görülən işlərin davamıdır.
İş icraçısı Hicran Əliyevin verdiyi məlumata görə, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binanın tikintisinə 2013-cü ilin noyabr ayından başlanılıb. Hazırda binanın son mərtəbəsində beton-qəlib işləri aparılır, birinci mərtəbədə isə arakəsmələrin hörülməsi davam etdirilir. Bina istifadəyə tam hazır olduqdan sonra zirzəmi hissədə qazanxana, bufet və sinif otaqları, ikinci mərtəbədə 4 sinif otağı, üçüncü mərtəbədə sinif otaqları ilə yanaşı, müəllimlər otağı və kompüter otağı yerləşəcək. Sonuncu mərtəbə isə oyun zalı və hakim otağı üçün nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsi tərəfindən tikintisi davam etdirilən obyektdə, əsasən, yerli tikinti materiallarından istifadə edilir, təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR