22 Dekabr 2024, Bazar

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan tikinti işlərinin tərkib hissəsidir.
Naxçıvan şəhərinin Atatürk və Əziz Əliyev küçələrində inşa olunan yeni yaşayış binaları bu tədbirlərin davamıdır. Atatürk küçəsində yerləşən bina zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarətdir. Tikinti işlərinə ötən ilin fevral ayından başlanılıb. İş icraçısı Rəfael Zamanovdan aldığımız məlumata görə, 54 mənzilli nəzərdə tutulmuş yaşayış binasında beton-qəlib işləri başa çatdırılıb, 4-cü mərtəbəyədək arakəsmələr hörülüb, dam örtüyünün vurulmasına başlanılıb. Bundan əlavə, binada elektrik xətlərinin çəkilişi və digər təchizat işləri davam etdirilir. Tikinti işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.

Əziz Əliyev küçəsində isə 3 yeni yaşayış binasının ucaldılması əraziyə yeni görkəm bəxş edəcək. Obyektlərin inşasını həyata keçirən Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin iş icraçısı Əmirxan Mazanovun bildirdiyinə görə, inşaat işlərinin davam etdirildiyi 3 yaşayış binasından ikisi 30, biri isə 20 mənzillidir. Ümumilikdə, 80 mənzildən 75-i ikiotaqlı, 5-i isə üçotaqlı olacaq. Üçotaqlı mənzillər 65 kvadratmetr, ikiotaqlı mənzillər isə 54 kvadratmetr sahəni əhatə edəcək. Hər üç binada arakəsmələr hörülüb, dam örtüyü vurulub, xaricdə travertin daşla üzləmə işləri aparılır. 43 və 45 nömrəli binalarda pəncərələr salınıb, 47 nömrəli binada isə bu iş davam etdirilir.
Hər iki obyektdə aparılan tikinti işlərində, əsasən, yerli tikinti materiallarından istifadə olunur. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl edilir. İnşaatçılar işin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR