22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni bina tikilərək 2008-ci ildə istifadəyə verilmişdir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ötən illər ərzində ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılmış və bu istiqamətdə mütəxəssislərə təlimlərin keçilməsi təmin edilmişdir.
İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən Mərkəzi qida sınaq laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC ilə  Latviya Respublikasının Yeyinti Məhsullarının Təhlükəsizliyi və Ətraf Mühit üzrə Elmi-Tədqiqat İnstitutu arasında 26 oktyabr 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Mərkəzi qida sınaq laboratoriyasının İSO/İEC 17025:2005 standartı üzrə sertifikatlaşdırılması nəzərdə     tutulmuşdur.
Bununla əlaqədar olaraq, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida sınaq laboratoriyasında menecment sisteminin qurulması və akkreditasiya ilə bağlı müvafiq tədbirlər görülmüş, habelə Polşanın “LGC Standarts” və Latviya Respublikasının adıçəkilən institutu ilə əməkdaşlıq edilərək müqayisəli sınaqlar həyata keçirilmişdir. Müqayisəli sınaq testlərinin nəticələri qeyd olunmuş qurumlar və Latviya Respublikasının Milli Akkreditasiya Bürosu tərəfindən müsbət qiymətləndirilmişdir.
Akkreditasiya istiqamətində görülmüş işlərin nəticəsi olaraq, laboratoriya Latviya Respublikasının Milli Akkreditasiya Bürosunun LATAK-T-492-00-2014 saylı, 28 yanvar 2014-cü il tarixli şəhadətnaməsi ilə 27 yanvar   2018-ci il tarixədək İSO/İEC 17025:2005 standartı üzrə sertifikatlaşdırılmışdır.
İSO/İEC 17025:2005 standartının tələblərinə uyğun olaraq, laboratoriya ərzaq məhsullarında kimyəvi, fiziki-kimyəvi və toksikoloji sınaqlar üzrə akkreditə edilmişdir. Akkreditasiya sahəsinə ərzaq məhsullarında ağır metallardan qurğuşun və kadmium elementlərinin, ət məhsullarında nitrat, nitrit, süd və süd məhsullarında isə quru maddələrin kütlə payı, yağlılığın təyin olunması və zülalın təyini daxil edilmişdir.
Azərbaycan Respublikasında qida sektorunda sayca 3-cü və muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida sınaq laboratoriyası regionumuzda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edəcək, istehsalçı müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdıracaqdır.
Muxtar respublikamızda fəaliyyət göstərən və ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin nəzərinə çatdırmaq istərdik ki, istehsal etdikləri məhsulların laboratoriya göstəricilərinin yoxlanılmasının beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsi və ixrac olunan məhsulların keyfiyyətinin yoxlanılması üçün laboratoriyanın xidmətlərindən istifadə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR