22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərinin İslam Səfərli küçəsində ötən ilin mart ayından inşasına başlanan 400 yerlik avtomobil dayanacağında işlər sürətlə davam etdirilir.
Burada inşaat işlərini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Obyektin iş icraçısı Nəsir Nəsirovun bildirdiyinə görə, avtomobil dayanacağı zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq. Binada qəlib-beton işləri başa çatdırıldıqdan sonra məhdud ölçüdə hörgü işləri həyata keçiriləcək, fasad hissədə daha estetik görüntü əldə etmək üçün, əsasən, şüşə konstruksiyalardan istifadə ediləcək.
Qeyd edək ki, muxtar respublikada nəqliyyat kompleksinin inkişafı üçün nəqliyyat sisteminin təhlükəsizliyinin təmin edilməsi, avtomobil yollarının və yol infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən mövcud yollar üzərində beynəlxalq əhəmiyyətli tranzit yolların salınması, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti tədbirlərinin həyata keçirilməsi, şəhər nəqliyyatı işinin ekoloji təmizlik və sərnişin daşınmasında daha səmərəli nəqliyyat növlərinin istifadə prinsiplərini əsas götürərək müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində işlər aparılmaqdadır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR