22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında dövlət vəsaitləri hesabına malların (işlərin, xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsində şəffaflığın təmin edilməsi, eyni zamanda müqavilə əsasında satınalınmanın qanuniliyinə və müqavilələrin icrasına nəzarətin diqqətdə saxlanılması mühüm amillərdən biridir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən ötən il dövlət satınalmalarında malların ehtimal olunan qiymətlərinə qənaət edilməsinə nail olunmuş, yerli məhsulların satın alınmasına üstünlük verilmişdir.
Belə ki, 2013-cü il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən 160 satınalma proseduru həyata keçirilmişdir. Müsabiqə yolu ilə keçirilmiş 160 satınalma proseduru üzrə bağlanmış satınalma müqavilələrinin dəyəri 42 milyon 248 min 622 manat təşkil etmiş, satınalma predmetlərinin ehtimal olunan qiymətinin 1 milyon 513 min 525 manatına və ya 3,46 faizinə qənaət edilmişdir. Qənaətin 35 min 882 manat və ya 2,37 faizi açıq tender üsulu ilə keçirilən satınalmalardan, 327 min 88 manat və ya 21,61 faizi kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalardan, 1 milyon 150 min 555 manat və ya 76,02 faizi isə təkliflər sorğusu üsulu ilə keçirilən satınalmalardan əldə edilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR