22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 139 milyon 965 min  manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar ayı ilə müqayisədə 2,3 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar ayı ilə müqayisədə 2,4 faiz artaraq 321,4 manata (409,7 ABŞ dollarına) çatmışdır.

*   *   *

2014-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 81 milyon 240 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir.

*   *   *

Qeyd olunan dövrdə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 64 milyon 699 min manat həcmində investisiya yönəldilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 0,7 faiz artmışdır.

*   *   *

2014-cü ilin yanvar ayı ərzində informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 473 min manatdan çox olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 2 milyon 828 min manat olmaqla bir il öncəki göstəricini 2,8 faiz üstələmişdir.

*   *   *

Cari ilin yanvar ayında muxtar respublikada 6 milyon 526 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir. Bu dövrdə muxtar respublikada 1,6 min ton ət (diri çəkidə), 1,9 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 0,4 faiz artmışdır.

*   *   *

Bu ilin ilk ayında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 4,8 faiz artaraq 97 milyon 755 min manat, onun hər bir nəfərə düşən həcmi isə 3,9 faiz yüksələrək 226,7 manat təşkil etmişdir.

*   *   *

Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali  rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2014-cü ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 376,8 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artmışdır.

*   *   *

1 fevral 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 25020-yə çatmışdır ki, bunun da 21721-i və ya 86,8 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar ayı ərzində açılmış 4689 bank hesabının 4634-ü və ya 98,8 faizi aktiv hesablardır.

*   *   *

2014-cü ilin yanvar ayında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 25 milyon 960 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 3,7 faiz artaraq 21 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 16 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

*   *   *

2014-cü ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2 milyon 38 min manat həcmində kreditlər verilmişdir.

*   *   *  

1 fevral 2014-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 7724 nəfər və ya 1,8 faiz artaraq 435676 nəfər təşkil etmişdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR