22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumata görə, ötən il 179,7 kilometr beton və torpaq kanallar, 110,5 kilometr kollektorlar, 493,5 kilometr ara arxları təmir edilərək işlək vəziyyətə salınıb. 6,3 kilometr kaptaj və drenaj tikilib, 930 metr kaptaj təmir olunub. 46,1 kilometr uzunluğunda içməli su xətti, 24,1 kilometr yeni təzyiqli boru xətti çəkilib. 16,4 kilometr su, 7,6 kilometr suvarma, 4,4 kilometr təzyiqli boru xətləri təmir edilib. Çaylarda və selovlarda 74,6 kilometr sahilbərkitmə işləri aparılıb.
Növbəti təsərrüfat ilinin suvarma mövsümünü uğurla başa vurmaq üçün ilk mərhələdə sututarlarda tələb olunan təmir işləri aparılıb və anbarlara su yığılmasına başlanılıb. 2013-cü il ərzində sututarlara 278,7 milyon kubmetr su yığılıb.

Muxtar respublikanın 74 nasos stansiyasında və 649 subartezian quyusunda təmir işləri aparılıb, 75 sub­artezian quyusuna yeni nasos qoyulub, 2 ədəd qəzalı subartezian quyusu bərpa olunub, 4 yeni subartezian quyusu balansa götürülüb.
Görülən işlər sırasında Böyükdüz və Xok kəndlərinə çəkilən su xətlərini xüsusi qeyd etmək lazımdır.
Ötən il Kəhrizlər İdarəsi tərəfindən 15 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb.
Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Pro­qramı” çərçivəsində Naxçıvan şəhəri üçün tikilən sutəmizləyici qurğunun tikintisi başa çatdırılıb. Bu qurğunun istismarı nəticəsində Naxçıvan şəhər əhalisi yüksəkkeyfiyyətli içməli su ilə təmin edilir. Naxçıvan şəhərində 102,3 kilometr içməli su, 88,6 kilometr kanalizasiya xətləri çəkilib. 6245 ev birləşməsi işi aparılaraq sayğac qoyulub. Hazırda bu iş muxtar respublikanın rayon mərkəzlərində və rayon mərkəzlərinə yaxın kəndlərində davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Sədərək rayonunda nasos stansiyasının tikintisi” layihəsi çərçivəsində sərfiyyatı saatda 3 min kubmetr olan nasos stansiyasının inşası başa çatdırılıb.
Aldığımız məlumatda o da bildirilir ki, 2014-cü il yanvar ayının 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə komitə qarşısında qoyulan vəzifələri yerinə yetirmək, muxtar respublika sakinlərinin içməli və təsərrüfat suyuna olan tələbatını ödəmək üçün yaradılmış imkanlardan səmərəli istifadə olunacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR