Ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin maddi rifahının daha da yaxşılaşdırılması məqsədilə sənaye məhsulları istehsalı sektoruna xüsusi önəm verilir. Muхtаr rеspublikаmızdа da bаzаr iqtisаdiyyаtının tələblərinə uyğun sаhibkаrlıq mühiti fоrmаlаşdırılır, sаhibkаrlıq fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi məqsədilə dövlət mаliyyə dəstəyi göstərilir. Bunun nəticəsidir ki, özəl sеktоrun Ümumi Dахili Məhsuldаkı pаyı ilbəil artır.
Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər yaradılan sənaye müəssisələrindəndir.
Müəssisədə keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. Müəssisənin illik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab, 180 ton şirniyyat məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Naxçıvanda yetişdirilən meyvələrdən tam gigiyenik qaydada yüksəkkeyfiyyətli müxtəlif həcm və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, üzüm və qarışıqtərkibli nektarlar istehsal edilir. Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır.
Diyarımızın ən qədim sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə istehsal olunan 4 çeşiddə – kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır. Cəmiyyət həmçinin 3 çeşiddə müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovrularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.
Müəssisədə 2011-ci ilin iyul ayından yeni istehsal sahəsinin – meyvə nektarlarının karton taralara qablaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılıb. İstehsal sahəsi üçün yeni bina inşa olunub və burada İsveçin “Tetra Pak” firmasının istehsal gücü saatda 7 ton 1 litrlik və 1600 litr 200 millilitrlik taralar olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2012-ci ilin mart ayından isə istehsala başlanılıb. Nəfis tərtibatla bəzədilmiş karton taraların üzərində Azərbaycan, ingilis və rus dillərində məhsulun istehsal və son istifadə tarixi, tərkibi, istifadə qaydası, saxlanma şəraiti, standart göstəriciləri və mənşəyi haqqında məlumatlar göstərilir.
Daxili bazarın tələbatına uyğun yeni çeşidlərdə yerli ərzaq məhsullarının istehsalı ötən il də diqqət yetirilən sahələrdən olub, tahin (küncüd yağı) və bəhməz (doşab) istehsalına başlanılıb. Onu da qeyd edək ki, yerli xammaldan hazırlanan məhsullar yüksəkkeyfiyyətli qida məhsulu olmaqla yanaşı, həm də müalicəvi əhəmiyyətə malikdir. Hazırda həmin məhsullar sınaq məqsədilə istehsal olunur. Gələcəkdə müəssisənin istehsal gücünün artırılması və xarici bazara çıxarılması nəzərdə tutulur.
Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаl еhtiyаtı, əsаsən, yеrli sahibkarlardan аlınır ki, bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməməsinə öz müsbət təsirini göstərir.
Qeyd edək ki, istеhsаl оlunаn məhsullаr ölkəmizin digər rеgiоnlаrındа da satışa çıxarılır, xаrici ölkələrə ixrac olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. İstehsal olunan məhsulların xarici bazara çıxarılması üçün müəssisədə möhkəm baza yaradılıb, bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və ərzaq təhlükəsizliyi tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 22000-2005 və İSO 9001-2008 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Məlumat üçün qeyd edək ki, ötən il “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən meyvə nektarları Gürcüstan bazarına çıxarılıb.
Kərəm HƏSƏNOV