22 Dekabr 2024, Bazar

Naxçıvan Biznes Mərkəzində “Əmək bazarında əcnəbi işçiyə olan tələbatın  müəyyənləşdirilməsi” mövzusunda yığıncaq keçirilib. Yığıncaq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nda əks olunan və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə düşən vəzifələrin icrasına həsr olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəislərindən Əfqan Əliyevin, İlqar Seyid­ovun,  İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Mircavad Tağızadənin,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyevin çıxışları olub. Çıxışlarda əmək bazarında əcnəbilərin çalışdıqları sahələrin yerli əmək ehtiyatları hesabına ödənilməsinin təmin edilməsindən, istehsalat və xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması istiqamətlərindən, əmək ehtiyatlarından istifadə edilməsində Dövlət Məşğulluq Xidmətinin rolundan söhbət açılıb.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarların da iştirak etdiyi tədbirdə qeyd edilib ki, əmək bazarı  cəmiyyətin sosial-siyasi və iqtisadi həyatının mühüm çoxcəhətli sahəsidir. Əmək bazarında işçi qüvvəsinin dəyəri, ondan istifadənin şərtləri müəyyənləşdirilir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu islahatlar nəticəsində davamlı miqrant axınının ölkəmizin milli maraqları çərçivəsində tənzimlənməsi və daxili əmək bazarının qanunsuz miqrantlardan qorunması təmin olunub. Bu gün qarşıda duran vəzifələrdən biri də əmək bazarında əcnəbilərin çalışdıqları sahələrin yerli əmək ehtiyatları hesabına ödənilməsinin təmin edilməsidir.
Bildirilib ki, bu gün muxtar respublikamız kifayət qədər əmək ehtiyatlarına malikdir. Belə bir şəraitdə miqrasiya proseslərinin muxtar respublikanın iqtisadi maraqları fonunda effektiv tənzimlənməsinin təmin edilməsi, bu sahədə məqsədyönlü siyasətin həyata keçirilməsi zəruridir. Mövcud vəziyyət nəzərə alınaraq yalnız yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunmasına üstünlük verilməsi, yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, yerli kadrların hazırlanması, zərurət olmadan xarici işçi qüvvəsinin cəlb olunmasının qarşısının alınması günün tələbidir. Bu prosesdə müvafiq dövlət qurumları ilə bərabər, sahibkarlar da maraqlı olmalıdırlar. Bundan əlavə, əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsinin də böyük əhəmiyyəti vardır. Bu tələbatın dəqiq müəyyənləşdirilməsi daxili əmək bazarının qorunmasına, vətəndaşların məşğulluğunun təmin olunmasına və xarici işçi qüvvəsindən səmərəli istifadəyə xidmət edir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR