22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinə payız-qış mövsümündə bütün yaşayış məntəqələrində fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət yetirilməsi, qəzalı vəziyyətdəki xətt və dirəklərin dəyişdirilməsi, müvafiq mal-material ehtiyatının yaradılması istiqamətində tapşırıqlar verilmişdir.

 

Həmin tapşırıqların icrasının təmin edilməsi məqsədilə nazirlikdə tədbirlər planı təsdiq olunmuş və plana uyğun olaraq səlahiyyətli mütəxəssislərin iştirakı ilə muxtar respublikada telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı monitorinqlərə başlanılmışdır. Monitorinqlər ilkin olaraq Naxçıvan şəhərində, Şərur, Babək və Kəngərli rayonlarında aparılır.

Monitorinqlər zamanı avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılır. Yerlərdə xətt təsərrüfatının vəziyyəti təhlil edilir, qəzalı vəziyyətdəki xətt və dirəklər yeniləri ilə əvəz olunur və digər nasazlıqlar aradan qaldırılır.
Avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqətdə saxlanılır. Əhaliyə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, rabitə mütəxəssislərinin mövsümə uyğun geyimlə və zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Eyni zamanda nazirliyin və tabeliyində olan qurumların inzibati binalarına baxış təşkil olunur, binaların dam örtüklərinin, istilik, su və kanalizasiya xətlərinin, yanğınsöndürmə balonlarının istifadəyə yararlığı yoxlanılır. Həmçinin inzibati binaların mühafizəsi, mühafizəçilərin fəaliyyəti və onların mövsümə uyğun geyimlə təmin olunması da diqqətdə saxlanılan məsələlər sırasındadır. Monitorinqlər zamanı qazanxanalara da texniki baxış keçirilir, qazanxanalarda müvafiq peşə kurslarına cəlb edilmiş və sertifikat almış ocaqçıların işlə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, nazirliyin mütəxəssisləri tərəfindən internet verilişində qırılmaların qarşısının alınması məqsədilə rayon və kəndlərdə aparılan monitorinqlər də davam edir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR