30 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 24-də Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şərur Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və muxtar respublikada reallaşdırılması səmərəli hesab edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.


Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi iqtisadi siyasətin məqsədi davamlı inkişafı təmin etməkdən ibarətdir. Bu istiqamətdə əldə edilən nailiyyətlərin qazanılmasında yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb olunması və qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi ilə rəqabətədavamlı məhsul istehsal edən 400-dən çox müəssisənin böyük rolu var. Cari ilin ötən dövrü ərzində də bu proses davam etdirilib, dövlət maliyyə dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 81 istehsal və xidmət sahəsi istifadəyə verilib. Hazırda 53 sahənin yaradılması davam etdirilir. Qeyd olunub ki, 2021-ci ilin ötən dövrü ərzində sahibkarlığın inkişafı iqtisadi siyasətin üstün istiqamətlərindən olub, sahibkarların maliyyə təminatı yaxşılaşdırılıb, güzəştli kreditlərin həcmi artıb. Ümumilikdə isə 2000-ci ildən 2021-ci ilin ötən dövrü ərzində 1605 layihənin maliyyələşdirilməsinə 171 milyon 137 min manatdan çox vəsait yönəldilib.
Nazir yerli xammaldan istifadə imkanlarının artırılmasının əhəmiyyətindən danışaraq dövlət maliyyə dəstəyi ilə son illər ərzində muxtar respublikanın kəndlərində müxtəlif profilli çoxsaylı kiçikhəcmli istehsal sahələrinin yaradıldığını vurğulayıb.
Sahibkarların diqqətinə çatdırılıb ki, layihələr hazırlanarkən yerli xammal ehtiyatı və əmək resurslarını nəzərə almalıdırlar. Reallaşdırılması nəzərdə tutulan layihələr içərisində orqanik gübrə, minişərab, plastik taralar, velosiped, efir yağı, bitumlu membran, tomat pastası, şərab, corab, dəftər, qələm, sabun, yun iplik, tibbi pambıq, bitki yağı, ipliklərin təbii boyaqlarla boyanması, mismar, gülab, yumurta tarası, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz, yabanı meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi, arıçılıq məhsullarının emalı sahələrinin, damazlıq təsərrüfatlarının yaradılması, ət kəsim və heyvandarlıq məhsulları tədarükü məntəqələrinin, avtoservis, turizm və əyləncə sahələrinin yaradılması, o cümlədən idman sahəsində pullu xidmət növlərinin yaradılması daha məqsədəmüvafiq hesab edilir. Nazir qəsəbə və kəndlərimizdə yetişən meyvə sortları, zəngin bitki örtüyü və digər təbii ehtiyatların olması bölgələrdə kiçikhəcmli emalı müəssisələrinin yaradılmasının iqtisadi cəhətdən səmərəli olduğunu vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin idarə heyətinin sədri Novruz Novruzlu çıxış edərək bildirib ki, fondun vəsаitləri muхtаr rеspublikаnın sоsiаl-iqtisаdi inkişаf istiqаmətləri çərçivəsində qəbul еdilmiş Dövlət prоqrаmlаrındа iqtisаdiyyаtın bu və yа digər sаhələrinin inkişаfı ilə bаğlı nəzərdə tutulmuş kоnkrеt lаyihələrin mаliyyələşdirilməsinə yönəldilib. Bu gün sahibkarlara təqdim edilən layihələrdən bəhrələnmək istəyənlər fonda müraciət edə və istədiyi layihənin reallaşdırılması üçün kreditlərdən yararlana bilərlər.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov muxtar respublikada sənaye məhəllələrinin yaradılmasının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudov yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən xammalı yerli və qismən idxal hesabına ödənilən hazırlanmış 16 layihənin hər biri barədə slaydlar vasitəsilə sahibkarlara ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara yeni layihələrin əks olunduğu məlumat vərəqələri paylanılıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR