09 May 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafı rabitə infrastrukturunun da yenidən qurulmasına əsaslı zəmin yaradıb. Muxtar respublikanın digər şəhər, qəsəbə və kəndlərində olduğu kimi, Babək rayonunun Araz kəndində xətt təsərrüfatının yenilənməsi, əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində zəruri işlər görülür.

Rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərin çəkilməsi, yüksəksürətli internet şəbəkəsinin yaradılması, ümumilikdə isə informasiya-kommunikasiya xidmətlərinin müasir tələblər səviyyəsində qurulması əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin davam etdirilməsinə əsas zəmin yaradır. Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq hazırda rayonun Araz kəndində rabitə infrastrukturu yenidən qurulur, yeni Rabitə Evi inşa edilir, Yeni Nəsil Avtomat Telefon Stansiyasının qurulması istiqamətində müvafiq işlər görülür. Aparılan quruculuq işləri çərçivəsində xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur. Bir sıra yerlərdə uzun müddət istismar olunan və müxtəlif səbəbdən yarasız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə əvəzlənir, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə əvəz olunur, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə olunur, habelə rabitə xətlərindəki nasazlıqlar bərpa edilir və digər zəruri işlər həyata keçirilir.
Digər rayonlarda olduğu kimi, Babək rayonunda da sakinlərə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi üçün mütəmadi olaraq xətt təsərrüfatının vəziyyəti ilə bağlı təhlillər aparılır, müraciətlərinə uyğun olaraq texniki dəstək və metodik köməkliklər göstərilir.
Rabitə infrastrukturunun yenidən qurulması xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, əhalinin rifah halının yaxşılaşmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR