22 Dekabr 2024, Bazar

Təbii, müalicəvi “Badamlı” mineral su istehsalı ilə məşğul olan “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahəsi Naxçıvan şəhərində yerləşir.
Müəssisəyə iki boru xətti çəkilib. Uzunluğu 25 kilometr olan xətlərin biri qazlı mineral süfrə suyunu Badamlı yatağından buraya nəql etmək üçündür. Uzunluğu 35 kilometr olan ikinci xətt qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından çəkilib.
Müəssisədə müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 10 çeşiddə mineral su istehsal olunur. Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Məlumat üçün bildirək ki, 2013-cü ildə müxtəlif taralarda 3 milyon 773 min ədəd su istehsal edilib muxtar respublika ərazisində, Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satışa çıxarılıb.

“Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində  və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir.
Bağlanmış müqaviləyə əsasən, ötən il 113 min ədəd  mineral su Rusiya Federasiyasına göndərilib. İqtisadi əlaqələrin genişləndirilməsinin nəticəsidir ki, ötən il istehsal edilən “Badamlı” mineral süfrə suyunun 30 faizi muxtar respublika ərazisində satışa çıxarılıb, 67 faizi Bakı şəhərində və müxtəlif  regionlarda satılıb, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunub.
Cəmiyyət qazandığı nailiyyətlərlə kifayətlənmir, 2014-cü ildə muxtar respublika və ölkə sakinlərinin bu suya olan tələbatını ödəmək üçün mövcud imkanlardan səmərəli istifadə etməyə çalışır. İstehsal olunan məhsulun digər xarici ölkələrə də göndərilməsi istiqamətində işlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR