07 Oktyabr 2024, Bazar ertəsi

İstehsal və xidmət sferasının bütün sahələrində müasir keyfiyyət standartlarının tətbiqinə nail olmaq muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu çərçivədə əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılması, keyfiyyətli yerli məhsulların istehsalının təşviqi Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər cari ilin avqust ayında da davam etdirilmiş, məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu diqqətdə saxlanılmışdır. Hesabat dövründə, ümumilikdə, məhsulların 108 halda, o cümlədən qida məhsullarının 102 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış, nöqsan aşkar edilməmişdir.

2014-cü ilin 18 iyul tarixində “Təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələr” barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların 6 halda sintetiklik, sərbəst formaldehidin qatılığı, hidroskopiklik və yuyulmadan sonra xətti ölçülərin dəyişməsi üzrə göstəriciləri yoxlanılmış və nəticələrin standartlara uyğunluğu müəyyən edilmişdir.
Qəbul edilmiş müvafiq dövlət proqramlarının icrası istiqamətində ötən ay bal məhsulunun 41, emal olunmuş kənd təsərrüfatı məhsullarının 13, meyvə-tərəvəz məhsullarının isə 27 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur.
Cari ilin 18 avqust tarixində Naxçıvan şəhərinin Tumbul kəndində İqtisadiyyat və Kənd Təsərrüfatı nazir­liklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı 30 ailə təsərrüfatına maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuş, kənd təsərrüfatı məhsulları üzrə standartlarda müəyyən edilmiş təhlükəsizlik tələblərinə dair çıxarışlar ailə təsərrüfatçılarına çatdırılmışdır. Hesabat ayında muxtar respublika üzrə 3 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfo­qrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ay ərzində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 41 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, standartlara uyğunluq müəyyən edilmişdir.
“Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın müvafiq bənd­lərinin icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmiş, digər bölgələrimizdə fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun məhsulların göndərilməsi təmin edilmişdir.
Muxtar respublikada istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin diqqətdə saxlanılması üçün alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 2, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartlara uyğunluğu müəyyən edilmişdir.
İstehlakçıların məhsullar haqqında dolğun məlumatlandırılması məqsədilə 3 müəssisədə istehsal edilən 5 məhsulun etiket layihəsi standartlara uyğun olaraq hazırlanmışdır.
Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 275 qaz cihazına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 9 qaz cihazının idxalına icazə verilməmişdir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR