22 Dekabr 2024, Bazar

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.


Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün avqust ayında bir sıra tədbirlər görülmüş, su istifadəçilərinə 28,78 milyon kubmetr su verilmiş, bunun müqabilində 24 min 202 hektar torpaq sahəsi suvarılmışdır. Ay ərzində 13,25 kilometr beton və torpaq kanal, 8,71 kilometr ara arx və 7,2 kilometr kollektor lildən təmizlənmiş, 1,3 kilometr uzunluğunda yeni suvarma boru xətti çəkilmiş, 0,87 kilometr boru xəttində isə təmir-bərpa işləri aparılmışdır. Qeyd olunan dövrdə Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 136,10 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Muxtar respublikada su təminatının yaxşılaşdırılmasında subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunur. Qeyd olunan dövrdə 101 subartezian quyusunda təmir-bərpa işləri aparılmış, 2 yeni subartezian quyusu qazılmışdır. 2 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmişdir.
Avqust ayında həyata keçirilən tədbirlər sırasında əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması da diqqətdə saxlanılmış, 1892 metr yeni içməli su xətti, 574 metr yeni kanalizasiya xətti çəkilmiş, 5011 metr içməli su və 200 metr kanalizasiya xəttində isə təmir-bərpa işləri aparılmışdır.
Şahbuz, Culfa və Ordubad rayonlarının kaptajlarında min metr hissədə təmir-bərpa işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR