22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, texnika və gübrə ilə təchizatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, müasir aqrar infrastrukturunun formalaşdırılması kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edir. Digər tədbirlərlə yanaşı, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının yaxşılaşdırılması da cari ildə diqqətdə saxlanılıb, 2021-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 126 milyon 837 min 300 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 26,8 faiz çoxdur.

Verilmiş kreditlərin 15 milyon 192 min 200 manatı və yaxud 12 faizi qısamüddətli, 111 milyon 645 min 100 manatı və yaxud 88 faizi uzunmüddətli kreditlər olub. Aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən layihələr, dövlətin öz vətəndaşına qayğısı şübhəsiz müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Belə ki, 2021-ci ilin yanvar-iyul aylarında 267 milyon 560 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 14144 ton, süd istehsalı 62439 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı isə 1,8 faiz artıb. Dövlət proqramlarının məqsədli şəkildə icrası, aqraryönümlü müxtəlif layihələrin reallaşdırılması ilin qarşıdakı dövründə də kənd təsərrüfatında uğurların əldə olunacağını deməyə əsas verir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR