22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə tarazlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü məhsul istehsalına nail olmaqdan ibarətdir. Buna görə də mövcud sənaye imkanlarından maksimum yararlanmaq, məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Son illərdə muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, yerli xammala əsaslanan yeni məhsulların istehsalı bu sahədə dinamik inkişafı təmin edib.


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58 faiz təşkil edib. Bu dövrdə muxtar respublikada 572 milyon 248 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələyib. Sənaye məhsulu istehsalının 94,8 faizi malların, 5,2 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Qeyd edək ki, bu gün muxtar respublika iqtisadiyyatının şaxələndirilməsində sənaye sektoru əhəmiyyətli rol oynayır. Sənayenin inkişafı məqsədilə cari ilin birinci yarısında bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 7 milyon 720 min manat kredit verilib.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR