Muxtar respublikamızda geniş həcmdə həyata keçirilən quruculuq tədbirlərindən Kəngərli rayonuna da böyük pay düşmüşdür. Rayonda Mərkəzi Xəstəxananın binası da yenidən qurulmuşdur. 30 çarpayılıq xəstəxana binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada Poliklinika, Ginekologiya, Təcili yardım, Terapiya, İnfeksion xəstəliklər, Cərrahiyyə, Ümumi stasionar şöbələri, eləcə də Hemodializ bölməsi fəaliyyət göstərəcəkdir. Binanın zirzəmisində qazanxana, camaşırxana, rentgen kabinəsi, tibb işçiləri üçün otaqlar yerləşir. Yenidənqurma işlərinə ötən ilin iyul ayından başlanılmış xəstəxana binasında işlər tamamlanmış, müalicə və müayinə işlərinin aparılması üçün müasir tibbi avadanlıqlar quraşdırılmışdır.
Xəbərlər şöbəsi