22 Dekabr 2024, Bazar

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən ay Şərur rayonu ərazisində 474,6 hektar meyvə bağı və 100,71 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.
“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Culfa rayonunun Əbrəqunus, Şahbuz rayonunun Qızıl Qışlaq kənd­lərində ailə təsərrüfatlarında əkinlərin əkin atlaslarına əsasən keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə muxtar respublikanın aid qurumlarının birgə təşkilatçılığı və rayon İcra Hakimiyyəti başçılarının yerlərdəki nümayəndələrinin, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə və fermer təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şərur rayonu ərazisində 44750 metr kanal, 150490 metr kollektor-drenaj şəbəkəsi plana alınmışdır.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Çərçiboğan, Çomaxtur və Qarxun kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılmış, həmin kəndlərin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması işləri davam etdirilmişdir. Məmmədsabir və Muğancıq-Mehrab kəndlərinin ərazisində monitorinqlərə başlanmışdır. Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərinin ərazisində aparılmış monitorinqlər nəticəsində müəyyən olunmuş qanun pozuntularının aradan qaldırılması işləri davam etdirilmişdir.
Ötən ay 533 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 467 texniki sənəd hazırlanmış, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 103 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət vasitəsilə 7 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılmış, təsərrüfat fəaliyyəti ilə əlaqədar 4 ailə təsərrüfatının icarəsinə verilmiş 0,1 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 10 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR