22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar elektron ticarətin inkişafına da müsbət təsir göstərmişdir ki, nəticə etibarı ilə istehlakçılar tərəfindən ölkəmizin digər bölgələrindən, eləcə də xaricdən məhsul sifarişində və daşınmasında  intensivlik artmışdır. Bütün bunlar isə muxtar respublikada karqo şirkətlərinə  yaradılan şəraitin hesabına  məhsulların sifarişinin və daşınmasının sərfəli olması ilə əlaqədardır.  Eyni zamanda, onlayn alış-verişin rahatlığı, vaxta qənaət və çeşid bolluğu kimi faktorlar da eelektron ticarətin inkişafını sürətləndirən amillərdəndir.  Məhsulların daşınması isə karqo şirkətləri tərəfindən həyata keçirilir. Həmçinin, karqoların üstün cəhətlərindən biri də yaşayış yeri üzrə sifariş verən hər bir kəsin sadəcə kuryer xidmətindən yararlanaraq, bağlamalarının bir başa istənilən ünvana çatdırılmasıdır. Elektron ticarətin inkişafı  rəqabətin artması ilə yanaşı, eyni zamanda  yeni karqo şirkətlərinin yaranmasına da zəmin yaradır.

 Muxtar respublikada karqo şirkətlərinə sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziyanın verilməsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Bu  istiqamətdə müvafiq işlər davam etdirilir. Görülən tədbirlər sırasında növbəti addım olaraq  “Bahar Karqo” və “Optimal Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.

Sürətli poçt xidmətləri ilə məşqul olmaq istəyən şəxslər real iş vaxtı rejimində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində yaradılmış komissiyaya müraciət edə bilərlər. Lisenziyanın alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin, hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın və Nizamnamənin, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fəaliyyətin həyata keçirildiyi sahəsi 100m2-dən az olmayan daşınmaz əmlakın mövcudluğu və üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri, muxtar respublikanın ən azı 3 inzibati ərazi vahidində 20m2-dən az olmayaraq saxlanma anbarı ilə təmin edilmiş nümayəndəliyin olması, fəaliyyət göstərilən obyektlərdə yanğın təhlükəsizliyi və videomüşahidə sistemlərinin quraşdırılması, çatdırılma və kuryer fəaliyyətinin təşkili üçün mülkiyyət və ya icarə əsasında istifadəsində ən azı 2 yük avtonəqliyyat vasitəsinin olması, lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd) komissiyaya təqdim edilməlidir.

Muxtar respublikada sürətli poçt göndərişlərinə lisenziyaların verilməsi karqolar arasında sağlam rəqabəti artırır ki, bu da hər bir karqo şirkətindən öz üzərində ciddi işləməyi tələb edir. Sürətli poçt xidmətlərinin göstərilməsi, xidmətlərin tarifləri, qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və malların göndərilməsi, bağlamaların qəbulu, qablaşdırılması, göndərişlərin çatdırılma müddətləri zamanı karqo şirkətlərinin üzərinə böyük iş düşür, əhaliyə daha yüksək və keyfiyyətli xidmət göstərməsinə zəmin yaradır. Muxtar respublikada karqo şirkətlərinə yaradılan şərait  muxtar respublikada bundan sonra da sürətli poçt xidmətlərinin daha təkmil formada inkişafına və əhaliyə yüksək keyfiyyətli sürətli poçt xidmətləri  göstərilməsinə geniş imkanlar açacaqdır. 

                                                           Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin  

mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR