22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Naxçıvan şəhər Əliabad qəsəbəsində ailə təsərrüfatı başçıları, aqrar sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin iştirakı ilə bu sahənin inkişafı üçün qəbul olunmuş Dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində müşavirə keçirilib. Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Axundov açıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Fəxrəddin Əliyev və Əli Hüseynov çıxışlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamında qarşıya qoyulan vəzifələrdən və onların icrasından bəhs ediblər. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planına uyğun olaraq meyvəçilik və üzümçülüyün inkişafı məqsədilə rayonlar üzrə tingçilik təsərrüfatlarının yaradılması, intensiv sortlarla yeni üzüm və meyvə bağlarının salınmasının dəstəklənməsi işi davam etdirilir.
Sonda suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazır­lanan buklet və informasiya vərəqələri tədbir iştirakçılarına paylanılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR