22 Dekabr 2024, Bazar

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqət mərkəzindədir. Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülmüş, 15 kilometr beton və torpaq kanal, 20,4 kilometr ara arxlar, 8 kilometr kollektor lildən təmizlənmiş, 5 kilometr yeni suvarma boru xətti, 1,1 kilometr yeni qapalı drenaj xətti çəkilmişdir.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Arpaçay və Sirab selovlarında, Arpaçay sol sahil kanalı ərazisində, ümumilikdə, 900 metr selə qarşı istiqamətləndirici bənd salınmışdır.
Muxtar respublikanın mövcud su anbarlarında cari ilin əvvəlindən 229,4 milyon kubmetr su ehtiyatı toplanmış, su istifadəçilərinə may ayı ərzində 64,6 milyon kubmetr su verilmiş, bunun müqabilində 54 min hektar torpaq sahəsi suvarılmışdır.

Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər də diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 3,7 kilometr suvarma xətti çəkilmiş, 50 hovuz və hidrant quraşdırılmışdır. Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə edilir. Qeyd olunan dövrdə 84 subartezian quyusunda və 5 kəhrizdə təmir-bərpa işləri aparılmış, 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchziatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad rayonunda işlər başa çatdırılmışdır. Layihə üzrə, ümumilikdə, içməli su mənbəyi kimi 5 subartezian quyusu, gün ərzində 11 min kubmetr sutəmizləmə gücünə malik olan qurğu, ümumi tutumu 1400 kubmetr olan 2 xam su anbarı, ümumi tutumu 20 min kubmetr olan 6 təmiz su anbarı tikilmiş, 7 suqaldırıcı nasos, 8,8 kilometr təzyiqli boru xətti, 131 kilometr su şəbəkəsi, 123 kilometr kanalizasiya şəbəkəsi quraşdırılmış, 2985 su və kanalizasiya ev birləşməsi aparılmışdır. Həmçinin Kəngərli rayonunun Qarabağlar və Xok kəndlərində 7,5 kilometr, Sədərək rayonunun Dəmirçi kəndində 16,6 kilometr içməli su xətti çəkilmiş, su ev birləşmələri işləri yerinə yetirilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR