22 Dekabr 2024, Bazar

Şərur rayonunda tədarük edilən meyvə və tərəvəz məhsulunun bir hissəsi hərbi hissələrə milli ordumuzun əsgərlərinə göndərilir.

Son bir neçə gün ərzində bölgənin idarə, müəssisə, təşkilatları və ailə təsərrüfatçıları ənənəyə sadiq qalaraq müxtəlif hərbi hissələrə 25 tona yaxın meyvəni sovqat kimi təqdim ediblər.
Qeyd edək ki, bu il də Şərur rayonunun münbit torpaqlarında bol meyvə və tərəvəz yetişdirilib. Rayondakı hərbi hissələrdə olan kollektivlər bildiriblər ki, bunu özlərinin vətəndaş­lıq borcu hesab edirlər. Əsgərlərə mənəvi dəstək olmaq, sovqatlar göndərmək xalq-ordu birliyini təcəssüm etdirən unikal ənənə kimi bundan sonra da davam etdiriləcək.
Hərbi hissənin zabiti Tural Abdullayev göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonda gətirilən 10 ton məhsul hərbi hissəyə təhvil verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR