22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fevral ayında da kənd təsərrüfatının müxtəlif sahələri üzrə bir sıra işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə nazirliyin əməkdaşları Şərur, Babək, Kəngərli və Sədərək rayonlarında torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirələr keçiriblər.
Mütəxəssislər tərəfindən ötən ay “Taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi və torpaqların münbitliyinin artırılması yolları”, “Taxıl sahələrinə yemləmə gübrələrinin verilməsinin optimal müddətləri” və “Kartof bitkisinin optimal müddətdə əkini və ona qulluq qaydaları” mövzularında maarifləndirici tədbirlər təşkil olunub.

Ay ərzində nazirliyə daxil olan meyvə bağları və üzümlüklərdə yaz dövrü həyata keçiriləcək tədbirlərlə bağlı 12, taxıllara yemləmə gübrələrinin verilməsi ilə bağlı 21, ting əkini ilə bağlı 36, kartof əkini ilə bağlı 9, dənli-paxlalı bitkilərin əkini ilə bağlı 7 torpaq mülkiyyətçisinin müraciətləri əsasında onlara lazımi tövsiyələr verilməklə əməli köməkliklər göstərilib.
Cari ildə yaz əkinlərinin optimal müddətdə başa çatdırılması üçün rayonlarda yaz əkinlərində iştirak edəcək texnikaların texniki vəziyyəti daim nəzarətdə saxlanılaraq texnika sahibləri ilə fərdi söhbətlər aparılıb. “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsi tərəfindən mülkiyyətçilərin təqdim etdiyi 8 torpaq nümunəsi analiz olunaraq onlara yazılı məlumat verilib. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisasının tələbələrinə torpaq analizləri və onların aparılması qaydaları haqqında təcrübə dərsləri keçilib. İstehsalat təcrübəsinə başlayan Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin 1, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin 16 tələbəsinə istehsal prosesinin təşkili, texnika və texnoloji avadanlıqlardan istifadə qaydaları, aqrotexniki becərmə üsulları əyani olaraq göstərilib.
Ay ərzində Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin laboratoriyasına toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən gətirilən toxumlar analizdən keçirilib, nəticəsi analiz aktı formasında onlara təqdim edilib.
Heyvandarlıqda faraş doğulan balalara zoobaytar qaydalarına uyğun qulluq edilməsi, heyvanlar arasında baytarlıq tədbirlərinin vaxtında aparılmasının və qış otlaqlarından səmərəli istifadə olunmasının əhəmiyyəti ilə bağlı sahibkarlarla maarifləndirici müşavirələr, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı arıxanalarda yaz aylarında aparılacaq tədbirlərlə əlaqədar arıçılarla görüşlər keçirilib.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR