22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı özünü bütün sahələrdə göstərməkdədir. Son illər yüzlərlə sosial obyektin tikilib istifadəyə verilməsi, yeni infra­struktur layihələrinin reallaşdırılması bunun əyani sübutudur. Digər sahələrlə yanaşı, muxtar respub­likada hava nəqliyyatı infrastrukturu da daim müasirləşir, dövrün tələblərinə uyğunlaşdırılır.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni inzibati bina inşa edilir. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan binada tikinti işlərini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. Obyektin iş icraçısı Fəxrəddin Əliyarovun bildirdiyinə görə, binada əsas tikinti işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda kommunikasiya xətlərinin çəkilişi, havalandırma sistemlərinin qurulması, fasadın üzlənməsi aparılır, şəbəkəbəndlər quraşdırılır, həyətdə abadlıq işləri görülür.

 *    *    *

Hava limanı ərazisində inşası sür­ətlə davam etdirilən daha bir obyekt isə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün nəzərdə tutulub. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada inşaat işlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları aparırlar. Obyektdə  qəlib-beton işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda binada kommunikasiya xətləri çəkilir, fasad hissə üzlənir, dəhlizlərə üzlük daşlar döşənir. Obyektdə işlərin gedişatı belə deməyə əsas verir ki, bina yaxın vaxtlarda  Hava Nəqliyyatında Gömrük İdarəsi əməkdaşlarının istifadəsinə veriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR