22 Dekabr 2024, Bazar

Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına təkan verib.
Ötən illərdə olduğu kimi, cari ildə də magistral, şəhərdaxili və kənd yollarının müasir səviyyədə qurulması, yeni yol infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülüb.

Bu tədbirlərdən muxtar respublikanın paytaxtı  Naxçıvan şəhəri də bəhrələnib. Naxçıvan şəhəri ərazisinin gündən-günə böyüməsi ilə əlaqədar yolların təmir və tikintisinə də tələbat artıb.
Şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar olaraq aparılan işlərdən sonra  yolların istismara yararlılığını təmin etmək məqsədilə təxirəsalınmaz işlər görülür, qazıntı zamanı kommunikasiya xətlərinin zədələnməməsinə diqqət yetirilir,  yol yataqları standartlara uyğun olaraq bərpa edilir, yollara keyfiyyətli asfalt örtük salınır və yol kənarlarına yağış sularının axıdılması üçün suötürücülər qoyulur. Cari ildə Naxçıvan şəhərində yol tikintisi sahəsində  aparılan ən irimiqyaslı tədbirlərdən biri Heydər Əliyev prospektindəki avtomobil yolunda həyata keçirilib. Burada işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları reallaşdırıblar. Hazırda isə Naxçıvan şəhərindəki Atatürk küçəsində  yolun yenidən qurulması işləri həyata keçirilir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən yenidən qurulan yolun artıq bir hissəsi asfaltlanıb. Yolun qalan hissəsinin asfaltlanması üçün hazırlıq işləri aparılır. Yol inşaatçıları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışırlar.
Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin yeni asfalt zavodu fəaliyyətə başlayıb. Zavod asfalt istehsalı sahəsindən və daş-çınqıl karxanasından ibarətdir. Zavodda avadanlıqlar dəstinin quraşdırılmasına 1 milyon 748 min manat vəsait sərf olunub. İstehsal gücü saatda 125 ton olan zavodun həyətində tutumu 1350 ton olan bitum anbarı yaradılıb, yeməkxana istifadəyə verilib. Daş-çınqıl karxanasında istehsal gücü saatda 120 kub olan daşdoğrayan aqreqat quraşdırılıb, 4 çeşiddə məhsul istehsalına başlanılıb. Yeni texnoloji avadanlıqda istehsal olunan qum və çınqıl öz keyfiyyəti ilə seçilir. Ümumi sahəsi 5100 kvadratmetr olan kilid daş istehsalı sexində də müasir avadanlıqlar quraşdırılıb. Burada 6 çeşiddə kilid daş istehsalı həyata keçirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR