22 Dekabr 2024, Bazar

“Son illər həyata keçirilmiş qanunverici-institusional islahatların tərkib hissəsi kimi vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması ölkəmizdə liberal biznes mühitinin təkmilləşməsinə, habelə vergi daxilolmalarının artım dinamikasına müsbət təsirini göstərməkdədir”. Bu fikirlər Culfa rayonunda fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə səsləndirilib.

Culfa Rayon Vergilər Şöbəsinin rəisi Nəcəf Allahverdiyev çıxışında vergilərin düzgün hesablanması, tam və vaxtında ödənilməsinə nəzarətin təmin edilməsi sahəsində kameral vergi yoxlamalarının əhəmiyyətini qeyd edib. Son illər ərzində kameral vergi yoxlamalarının keyfiyyətinin artdığını qeyd edən şöbə rəisi bildirib ki, aparılan təkmilləşdirmə işləri sistem tərəfindən aşkarlanmayan kənarlaşmaların müəyyənləşdirilməsinə və vergitutma bazasının genişləndirilməsinə şərait yaradır. 

Vergi ödəyiciləri ilə bağlanması nəzərdə tutulan vergi part­nyorluğu sazişləri barədə də danışan şöbə rəisi qeyd edib ki, bu saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Bu sənəd vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək, çevik və səmərəli vergi nəzarəti yaratmaq, sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq, əməkdaşlığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək kimi mühüm məqsədləri müəyyən edir. Qaydalara əsasən, sazişin bağlanılması məqsədilə vergi ödəyicilərinin seçimi zamanı ilkin olaraq sertifikatlaşdırılmış proqram təminatı ilə mühasibat uçotu aparan vergi ödəyicilərinə, ƏDV ödəyicilərinə, maliyyə xidmətlərini həyata keçirən kredit və sığorta təşkilatlarına, vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, habelə alğı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük veriləcək.
Sonra şöbə əməkdaşlarından İntiqam Hacıyevin, Dilbazi Hüseynovun və başqalarının çıxışları olub. Çıxışlarda qeyd edilib ki, “Vergi partnyorluğu sazişi” vergi ödəyicilərinin hüquqlarının qorunmasını yeni bir müstəviyə çıxarmaqla cəmiyyətdə yeni nümunəvi vergi ödəyiciləri adlanan bir təbəqənin yaranmasına və nəticə etibarilə, həmin vergi ödəyicilərinin sosial prestijinin artmasına səbəb olacaq. Saziş vergi ödəyicisindən daxili nəzarət sisteminin gücləndirilməsini tələb edir. Bu da, öz növbəsində, vergi orqanlarından çox təsərrüfat subyektlərinin maraqlarına xidmət edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR