Strateji məhsul sayılan taxıla olan tələbatın daxili imkanlar hesabına ödənilməsi üçün muxtar respublikamızda həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, taxıl əkini kampaniyasının mütəşəkkil şəkildə başa çatdırılması üçün əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri özünü göstərir. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri, fermerlər 2014-cü ilin bol məhsulunun əsasını qoymaq üçün vaxtdan səmərəli istifadə etməyə çalışırlar. Qeyd edək ki, vaxtında keyfiyyətli toxum sortları əldə edilmiş, ehtiyat hissələri və yanacaq tədarükü qayğısına qalınmışdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 13 noyabr 2013-cü il tarixə 15 min 200 hektar sahədə şum qaldırılması başa çatdırılmışdır. Həmin sahələrin 11 min hektarına toxum səpilmişdir. Əkilmiş sahələrin 7500 hektarında suvarma başa çatdırılmışdır.
Şum qaldırılması, taxıl əkini və əkilmiş sahələrin suvarılması davam etdirilir.
Xəbərlər şöbəsi