22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödə­mələrin verilməsi haqqında” 2012-ci il 14 mart tarixli Fərmanı ilə ötən ilin ikinci yarısından başlayaraq keçmiş SSRİ dövründə məlum proseslər nəticəsində batmış əmanətlər geri qaytarılır. Özünə aid olmayan əmanətləri mənafeləri pozulmuş əmanətçilərə və ya onların varislərinə qaytarmaqla dövlətimiz bir daha vətəndaşlarına qayğısını nümayiş etdirmişdir. Azərbaycanda həmin əmanətlərin qaytarılmasında əmanətçilərin xeyrinə tətbiq olunan qiymətləndirmə indiyə qədər MDB məkanında tətbiq olunmuş ən yüksək qiymətləndirmədir. Əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınmaqla əmanətlərin geri qaytarılması zamanı yarana biləcək hüquqi və texniki məsələlərin həll olunması üçün verilən imkanlar və kifayət qədər vaxt da dövlətin bu məsələnin həllində nə qədər maraqlı olduğunu göstərir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada fəaliyyət göstərən Kapital Bankın Baş İdarəsi və onun rayon filialları tərəfin­dən əmanətlərin qaytarılması üçün lazımi şərait yaradılmışdır. 2012-ci il iyun ayının 1-dən başlayaraq 2013-cü il noyabr ayının 7-dək olan məlumata görə, 37 min 531 əmanətçiyə 13 milyon 993 min 254 manat nağd pul vəsaiti ödənilmişdir.
Qeyd edək ki, əmanətlərin qaytarılması 2013-cü il dekabr ayının 31-dək davam etdiriləcəkdir.  

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR