22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və sərnişindaşımanın səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı seminar-müşavirə keçirib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və li­­senziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov açaraq avtomobil nəqliyyatı sahəsində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, avtomobil nəqliyyatı sahəsində də böyük irəliləyişlər əldə olunub. Ucqar dağ kəndlərinə belə, asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzal kompleksləri tikilib istifadəyə verilir.

2013-2014-cü ilin payız-qış mövsümünün yüksək səviyyədə keçirilməsi üçün sərnişin və yükdaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının zəruriliyini bildirən şöbə müdiri oktyabr ayının 1-dən IV rüb üçün 485-i taksi, 283-ü avtobus olmaqla, 768 avtonəqliyyat vasitəsinin texniki müayinədən keçdiyini bildirib. Cari ilin ötən dövrü ərzində isə nazirliyin texniki müayinə komissiyası tərəfindən 1408-i taksi, 2884-ü isə digərləri olmaqla, ümumilikdə, 4292 nəqliyyat vasitəsi müayinədən keçirilib. Vurğulanıb ki, ok­tyabrın 1-dən etibarən Naxçıvan-Bakı, Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı marşrutu ilə fəaliyyət göstərən yük avtomobili nəqliyyatı vasitələrində də müayinələr aparılıb və bu işlər rübün sonunadək davam etdiriləcəkdir. Ramin Qəhrəmanov payız-qış mövsümündə sərnişinlərə yüksək səviyyədə xidmət göstərmələri üçün rayonlarda yerləşən avtovağzal binalarında istilik sisteminin saz vəziyyətdə olmasının diqqət mərkəzində saxlanıldığını bildirib.
Nazirliyin Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov çıxışında muxtar respublika ərazisində sərnişin və yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri sahibləri ilə bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, mövsümlə əlaqədar həmin nəqliyyat vasitələrinin sahibləri avtomobillərinin texniki müayinədən keçirilməsi üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin ərazisinə dəvət edilib, taksi xidməti göstərən avtomobillərdə dərman qutusu və yanğınsöndürənlərin olmasına ciddi diqqət yetirilib, hərəkət təhlükəsizliyinin artırılması və nəqliyyatın ətraf mühitə zərərli təsirinin azaldılması diqqət mərkəzində saxlanılıb. Elxan Novruzov şöbənin müfəttişləri tərəfindən hər gün şəhərdaxili marşrutlarda avtobusların təmizliyinə, sürücülərin geyim formalarına və hərəkət qrafikinə nəzarət etdiklərini vurğulayıb, yükdaşımalarda təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən reydlərdən bəhs edib.
Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov çıxışında əhaliyə yüksəksəviyyəli nəqliyyat xidmətinin göstərilməsi üçün lazımi şəraitin olduğunu bildirib. Vurğulanıb ki, cari ilin may ayında idarə üçün yeni inzibati bina və avtobus parkının istifadəyə verilməsi maddi-texniki bazanın möhkəmlənməsi ilə bərabər, sərnişindaşıma xidmətinin də keyfiyyətcə yüksəlməsinə səbəb olub. Buna görə də şəhərdaxili marşrut-avtobusların və mikroavtobusların payız-qış mövsümünə hazırlığı yüksək səviyyədə aparılıb. Qeyd edilən nəqliyyat vasitələri təhlükəsiz və rahat idarə olunması üçün texniki baxışdan keçirilib, rast gəlinən texniki problemlər həll olunaraq aradan qaldırılıb.
Yığıncağa Ramin Qəhrəmanov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR