22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər müxtəlif kənd təsərrüfatı məhsulları ilə yanaşı, dənli bitkilərin də istehsal həcminin artmasına öz mübət təsirini göstərib. Xüsusilə qiymətli ərzaq və yem bitkisi sayılan qarğıdalı əkinlərinin sahəsi ildən-ilə genişlənir. Son illərdə qarğıdalı əkinindən müsbət nəticələr əldə olunan bölgələrdən biri də Kəngərli rayonudur.

Qeyd edək ki, rayonun əlverişli iqlim şəraiti, torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, əkin-biçin üçün lazımi texnika və mineral gübrələrlə təminat bu qiymətli bitkinin istehsalına marağı daha da artırır. Bunun nəticəsidir ki, cari ildə rayonda bu bitkinin əkin sahələri 76 hektara çatdırılıb.

Xatırladaq ki, dən üçün nəzərdə tutulmuş qarğıdalı tam quruduqdan sonra biçilməlidir. Qarğıdalı dənindən hazırlanan kəpək quşçuluq və heyvandarlıq üçün çox qiymətli yemdir.

Bu il Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Böyükdüz və Xok kəndlərindəki torpaq mülkiyyətçiləri daha çox qarğıdalı əkiblər. Becərmə tədbirlərinin aqrotexniki tələblərə uyğun aparılması üçün lazımi hazırlıq işləri görülüb. Bu da sahələrdən bol məhsul götürüləcəyinə inam yaradır.

 

Babək İSMAYILOV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR