15 May 2024, Çərşənbə

  

Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı idmana da xüsusi qayğı ilə yanaşılır. İldən-ilə yenilənən infrastruktur, bu sahənin inkişafı üçün atılan addımlar və idman ictimaiyyətinin səyi nəticəsində qazanılan uğurlara rəğmən mövcud potensiallar daha artığını etməyə imkan verir. Bu baxımdan Ali Məclisin Sədri tərəfindən verilən tövsiyə və tapşırıqlar yeni istiqamətlər müəyyənləşdirib. Belə ki, ötən il bölgədə 5 illik inkişaf strategiyası ilə fəaliyyətinin yeni mərhələsinə başlayan Naxçıvan Futbol Federasiyası göstərilən dəstək və etimad nəticəsində muxtar respublikanın futbol həyatındakı ən önəmli layihəsini reallaşdırmaq üzrədir. Yaxın gələcəkdə federasiyanın təlim məşq kompleksi istifadəyə veriləcək.

 Plana əsasən artıq ilkin inşaat işlərinə başlanılıb. Uzunoba gölünün ətrafındakı ərazini əhatə edən kompleksin tikintisi üçün ilk növbədə relyefin hamarlanması işlərinə başlanılıb. Paralel olaraq kanalizasiya xətlərinin çəkilməsi, kompleksə daxil olan tikililərin təməlinin qazılması və digər lazımi işlər görülür. İnşaat Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyasının nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, federasiyanın təlim-məşq kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini futbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir. Eyni zamanda, tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da nəzərdə tutulub.

Tikinti işlərinin növbəti ilin əvvəllərində yekunlaşması nəzərdə tutulub.

Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR