15 May 2024, Çərşənbə

Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, aparılan quruculuq işlərinin həcminin ilbəil genişlənməsi Babək rayonunun şəhər, qəsəbə və kəndlərinə yeni ab-hava gətirib. Hər il rayonda geniş abadlıq-quruculuq işləri aparılır, infrastruktur yenilənir.

Bu ilin mart ayından etibarən Qahab inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə birləşən Nəcəfəlidizə kəndində kompleks quruculuq işlərinə başlanılıb. Müasir layihə əsasında quruluan məktəb binası üç mərtəbədən ibarətdir. Tədris ocağının yeni dərs ilində istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, kənd və xidmət mərkəzləri də inşa olunub, daxili yollar abadlaşdırılıb, körpü yenidən qurulub.
Bu ilin iyun ayında şəhər statusu alan Babək şəhərində isə müasir bazar kompleksi inşa olunur. Bazarda qadın və kişi dərzisi, bərbər, baytarlıq apteki, təsərrüfat malları mağazası və yeməkxana yaradılacaq. Bundan başqa, kənd təsərrüfatı məhsulları yarmarkasının təşkili üçün həyətdə açıq bazar da inşa edilir.
Yaradılan xidmət sahələri imkan verəcək ki, 12 mindən artıq əhalinin yaşadığı Babək şəhərində sakinlər Naxçıvan şəhərinə getmədən gündəlik ərzaq təminatını ödəyə bilsinlər. Xatırladaq ki, şəhərdə əhaliyə müasir nəqliyyat xidməti də təşkil edilib. Belə ki, ötən aylardan etibarən 6 nömrəli marşrut xətti Babək şəhəri istiqamətində fəaliyyət göstərir.

Muxtar RZAZADƏ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR