22 Dekabr 2024, Bazar

Cari ilin ilk 9 ayı ərzində  Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən  ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən vətəndaşların aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət  və  bu kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 87 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Bu barədə məlumatı qəzetimizə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyev verib.

Məlumatda o da bildirilib ki,  həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 20 vergi ödəyicisi tərəfindən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, 25 vergi ödəyicisi tərəfindən isə xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin  ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.  
Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində  fiziki şəxslərin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi, 12 vergi ödəyicisinin  fərqlənmə nişanı olmadan  avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 16 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya)  tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olmaları, 6 vergi ödəyicisində isə aksiz markaları olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib. Vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi ilə bağlı  həyata keçirilən nəzarət tədbirləri zamanı 7 şəxsin belə fəaliyyət göstərdiyi aşkar olunub.
Bəhs olunan dövrdə 127 obyektdə nəzarət-kassa aparatları quraşdırılıb, mövcud kassa aparatlarının işləkliyinə nəzarət gücləndirilib. Vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 21 vergi ödəyicisində  xronometraj metodu ilə müşahidələr aparılıb, bu müşahidələr zamanı müşahidəyədək olan dövr ilə müqayisədə 31999,4 manat dövriyyə artımına nail olunub. 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR