Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsində muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatlarının, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən “Elektron ödəniş məkanının formalaşması və ödəniş alətləri ilə iş” mövzusunda ikigünlük kurs oktyabrın 26-da başa çatıb. Məlumat üçün bildirək ki, kursun məqsədi muxtar respublikada yüksək ödəniş mədəniyyətinə malik olan cəmiyyətin formalaşdırılmasına, hesablaşmalarda nağdsız ödənişlər üzrə dövriyyənin inkişaf etdirilməsinə, elektron ödəniş xidmətlərinin çeşidinin effektivliyinin tətbiqi dairəsinin genişləndirilməsinə və istifadəsinin kütləviliyinə nail olmaqdan ibarət idi.
Tədbirdə Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Ramil Mahmudov, Cəlal Orucov və Nicat Məmmədli nağdsız ödəniş xidmətlərinin əhəmiyyəti, təsərrüfat subyektlərində POS-terminalların qoyulması, habelə innovativ və yüksəkkeyfiyyətli xidmətlərin tətbiqi ilə bağlı çıxışlar ediblər.
Kursun sonunda 45 nəfər tədbir iştirakçısına müvafiq sertifikatlar verilib.
Xəbərlər şöbəsi