22 Dekabr 2024, Bazar

Naxçıvan Avtomobil Yolları Dövlət Agent­liyində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasını agentliyin direktoru Bəhruz Əsgərov açıb. Bildirib ki, avtomobil yollarında tələb olunan təmir-tikinti işlərinin aparılması və qartəmizləyən texnikaların işlək vəziyyətdə olması təmin edilməli, qum ehtiyatı tədarük olunmalıdır. Həmçinin leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinə nail olunması məqsədilə bütün texnikalara baxış keçirilməli, avtomaşınlar üçün zəncir, avtoqreyderlər üçün bıçaq tədarük edilməlidir. Həmçinin fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş geyimləri ilə təmin olunmalıdırlar.

Diqqətə çatdırılıb ki, ümumilikdə, 11 avtoqreyder, 31 özüyükünüboşaldan, 2 qartəmizləyən, 1 qarsovuran, 1 qumsəpən avtomaşın, 9 buldozer, 9 ekskavator, 6 yükləyici ekskavator və 5 avtoyükləyicinin muxtar respublikamızın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı bir maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilməsi planlaşdırılıb. Eyni zamanda avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılır. Ötən ildən 500 kubmetr ehtiyat yaradılıb və əlavə olaraq Şorsu massivindən xammal daşınaraq Naxçıvan və Şərur Asfalt-Beton zavodlarında qurulmuş qum-çınqıl karxanalarında üyüdülərək 1500 kubmetr ehtiyat yaradılması nəzərdə tutulur.
Vurğulanıb ki, ucqar dağ kəndlərində hərəkətin fasiləsizliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə həmin yaşayış məntəqələrində buldozer və traktorların işləməsi, bu texnikalar üçün yanacaq-sürtkü materialları ehtiyatı yaradılması nəzərdə tutulub.
Sonra çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR