22 Dekabr 2024, Bazar

Bu mövzuda seminar keçirilib

Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq potensialının gücləndirilməsinə dəstək” mövzusunda seminar keçirilib.
Seminarı Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ATƏT-in Bakı Ofisi ilə birgə təşkil edib.
Tədbiri ATƏT-in Bakı Ofisinin əməkdaşı Matilde Nquyen Raniqel açıb. Qeyd olunub ki, son 3 il ərzində ATƏT-in Bakı Ofisi iqtisadi idarəetmənin keyfiyyətini artırmaq, Bakıda və Azərbaycanın regionlarında əlverişli biznes mühitini təşviq etmək üçün normativ hüquqi məsələlərin yaxşılaşdırılması istiqamətində dəstək tədbirləri həyata keçirib. Belə tədbirlər Naxçıvan Muxtar Respublikasını da əhatə edib. 2009-cu ilin mayında ofis tərəfindən Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq əsasında Naxçıvanda müsbət biznes və investisiya mühiti üzrə qabaqcıl təcrübələrə dair təlim seminarları təşkil olunub. 2012-ci ilin oktyabrında da bu mövzuda 3 günlük seminar keçirilib.

Bildirilib ki, bu gün keçirilən tədbirdə muxtar respublikada sahibkarlıq potensialının gücləndirilməsi üçün bir sıra məqamlara aydınlıq gətiriləcək.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, reallaşdırılan iqtisadi siyasət nəticəsində son illərdə muxtar respublika iqtisadiyyatının potensial imkanları daha da yüksəlib, dayanıqlı iqtisadi sistem formalaşıb.
Qeyd olunub ki, muxtar respublikada biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı əsas iqtisadi fəaliyyət istiqamətlərindəndir. Həyata keçirilən məqsədyönlü tədbirlər digər sahələr kimi, sahibkarlığın inkişafına da öz təsirini göstərib. Cari ilin ötən dövrü ərzində muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində Naxçıvan şəhərində biznes-forumların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli məhsulların tanıdılmasını və satışının təşkilini təmin etmək məqsədilə Biznes Mərkəzi yaradılıb.
Bildirilib ki, sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2013-cü ilin ötən dövrü ərzində muxtar respublika üzrə 22 hüquqi və 925 fiziki şəxs qeydiyyata alınıb. İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi işi ötən dövr ərzində də davam etdirilib. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 33 milyon 196 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunub.
Seminarda Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri Sevinc Rüstəmovanın, Nazim Dadaş­ovun, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırovun məruzələri dinlənilib. Məruzələrdə bazar imkanları, yerli rəqabət, yeni yaradılan müəssisələr, Azərbaycanda sahibkarlıq mühitinə dair yerli və beynəlxalq tədqiqatların nəticələri və digər məsələlərdən bəhs olunub.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR