22 Dekabr 2024, Bazar

Muxtar respublikada etibarlı ərzaq təminatının yaradılması dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm sahələrdən biri olan taxılçılıq kənd təsərrüfatının əsasını təşkil edib əhalinin çörək və un məmulatlarına olan tələbatını ödəməklə yanaşı, heyvandarlığın inkişafında da mühüm rol oynayır.
Son dövrlər geniş vüsət almış meliorasiya və irriqasiya tədbirləri, məhsul istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların və gübrələrin, güzəştli şərtlərlə kreditlərin verilməsi bu sahədə iqtisadi aktivliyi daha da artırmışdır.

Görülmüş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılmışdır ki, bunun da 36879 hektarını və ya 58,2 faizini taxıl sahəsi təşkil edib. 2019-cu illə müqayisədə taxıl əkini sahəsi 3571 hektar artıb.
Taxıl əkini sahəsi, hektar
Taxıl əkini sahəsinin 26293 hektarında buğda, 10586 hektarında isə arpa əkilmişdir. Sahələrin 4865 hektarı və yaxud 13,2 faizi Şərur, 11767 hektarı və yaxud 31,9 faizi Babək, 1804 hektarı və yaxud 4,9 faizi Ordubad, 7589 hektarı və yaxud 20,6 faizi Culfa, 5906 hektarı və yaxud 16 faizi Kəngərli, 1563 hektarı və yaxud 4,2 faizi Şahbuz, 2357 hektarı və yaxud 6,4 faizi Sədərək rayonlarının, 1028 hektarı və yaxud 2,8 faizi isə Naxçıvan şəhərinin payına düşüb.
Cari ildə taxıl sahələrindən 115649 ton məhsul tədarük olunmuşdur ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 12665 ton və yaxud 12,3 faiz çoxdur. Yığılan məhsulun 83824 tonu buğda, 31825 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektardan 31,4 sentner olmuşdur ki, bu da ötən illə müqayisədə 1,6 faiz çoxdur.
Əldə olunan məhsulun 19185 tonu və ya 16,6 faizi Şərur, 37702 tonu və ya 32,6 faizi Babək, 5135 tonu və ya 4,5 faizi Ordubad, 20001 tonu və ya 17,3 faizi Culfa, 17707 tonu və ya 15,3 faizi Kəngərli, 4314 tonu və ya 3,7 faizi Şahbuz, 8591 tonu və ya 7,4 faizi Sədərək rayonlarının, 3014 tonu və ya 2,6 faizi isə Naxçıvan şəhərinin payına düşüb.
Şəhər və rayonlar üzrə
taxıl yığımının bölgüsü, faizlə
Tədarük olunan buğdanın bir kiloqramının cari ildə 38, arpanın isə 35 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırmışdır.
Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 177 ədədi 2020-ci ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2916 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. Cari ilin yanvar-iyul aylarında 178 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 10 ədədi nağd yolla satılmışdır.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında, keyfiyyətinin yüksəldilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında toxumçuluq xüsusi yer tutur. Muxtar respublikada keyfiyyətli toxum istehsalının yaradılması diqqətdə saxlanılmış, cari ilin ötən dövründə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən qurulmuşdur. Cəmiyyətin istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi mövcuddur ki, bütün bunlar keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalı və satışına, daxili tələbatın ödənilməsinə geniş imkanlar yaratmaqdadır.
Muxtar respublikada kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, məhsuldar toxum sortlarından istifadə, suvarma şəbəkələrinin genişləndirilməsi və əkin sahələrinin şırım üsulu ilə suvarılması bu sahənin inkişafına yeni imkanlar yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR