22 Dekabr 2024, Bazar

Muxtar respublikada geniş vüsət alan quruculuq işləri Ordubad rayonunda da sürətlə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən bu ilin yazından Ordubad şəhərinin mərkəzindəki qədim Cümə məscidində təmir-bərpa işlərinə başlanılıb. Qısa müddət ərzində ümumi sahəsi 890 kvadratmetr olan Cümə məscidinin fasad divarları möhkəmləndirilib, məscidin daxilində hörgü, ətrafında isə abadlıq işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları təmir-bərpa işlərini tarixi abidənin əvvəlki görkəmini saxlamaqla, milli-memarlıq elementlərindən istifadə edərək yerinə yetirirlər.

* * *

Ordubad şəhərinin Heydər Əliyev prospektində inşa olunan 28 mənzilli yaşayış binasında tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları hazırda binanın ətrafında abadlıq işləri aparır, piyada səkilərini yeniləyir, gülkarlıqlar düzəldirlər. Binada rabitə, elektrik, kanalizasiya və su xətlərinin çəkilişi də həyata keçirilib.
Ordubad şəhərinə xüsusi yaraşıq verən yeni yaşayış binası gənc ailələr üçün inşa olunub.

Abbas SEYİD

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR