22 Dekabr 2024, Bazar

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən iyul ayında “Naxçıvanqaz” Servis MMC tərəfindən 66 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun da 65-i əhali, 1-i isə qeyri-əhali abonentdir.

Ötən ay qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursuna mart ayında pandemiya dövrü olduğu üçün ara verilmiş, iyun ayında isə kursun təşkili bərpa olunmuşdur. İyul ayında kursu bitirən müdavimlərə sertifikatlar verilmişdir.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilmiş, 50 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir. Hesabat dövründə Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismar idarələrinin qəza-dispetçer sahələrinə 104 nömrəli 24 saat aktiv qaynar xəttinə qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 981 çağırış daxil olmuşdur. Ötən ay muxtar respublika qaz şəbəkəsində 610 qaz sızması aşkarlanaraq texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq şəkildə aradan qaldırılmış, eləcə də yaşayış məntəqələrində, yerli icra hakimiyyəti, hüquq-mühafizə nümayəndələri və şəhər, rayon qaz istismar idarələrinin işçiləri ilə birgə intensiv reydlər keçirilmiş, aşkarlanmış nöqsanlara və sayğaca müdaxiləyə görə 2 abonentə cərimə tətbiq olunmuşdur.
İyul ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə edilmişdir.
Muxtar respublikada yerli qaz istismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.


Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR