22 Dekabr 2024, Bazar

Ordubad rayonunun Tillək yurdu və Saqqarsu yaylaqlarındakı obalarda heyvandarlarla görüşlər keçirilib. Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev, rayon Baytarlıq İdarəsinin müdiri Pamir Hüseynov, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev və Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Fariz Şıxəliyev çıxış edərək vurğulayıblar ki, dəniz səviyyəsindən 2 min 500-3 min metr hündürlükdə yerləşən yaylaqlarda Kəngərli, Babək və Ordubad rayonlarının heyvandarları 15 min başdan artıq qoyun-quzu və 700 baş qaramal bəsləyirlər. Oba sakinlərinə mütəmadi olaraq səhiyyə və ticarət xidmətləri göstərilir, mütəxəssislərlə onların görüşləri təşkil edilir.
Görüşdə otlaqlardan düzgün istifadə, oba yerlərində sanitar-təmizlik işlərinə əməl olunması və baytarlıq tədbirlərinin vaxtında aparılmasının əhəmiyyətindən söhbət açılıb.
Sonra mütəxəssislər yaylaqlarda bəslənilən heyvanların sağlamlığı ilə bağlı məsləhət və tövsiyə veriblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR