22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikamızın şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının cari ilin yanvar-iyun aylarının nəticələrinə nəzər salsaq görərik ki, vəsait qoyuluşlarının 537 milyon 652 min 100 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilib ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Görülən işlər çərçivəsində bəhs olunan dövrdə muxtar respublikada 145 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 182 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda uğurla davam etdirilir. Görülən tikinti-quruculuq işləri təhsil, səhiyyə və mədəniyyət sahələrini də əhatə edib.

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Şərur rayonunun Muğancıq-Mehrab kəndində 224, Ordubad rayonunun Vənənd kəndində 432 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılıb. Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin, Şərur rayonunun Şəhriyar, Culfa rayonunun Camaldın, Ordubad rayonunun Nüsnüs, Şərur rayonunun Qaraburc, Babək rayonunun Nəcəfəlidizə kəndlərində məktəb binalarının və Ordubad şəhərində 1 nömrəli tam orta məktəbin binasının yenidən qurulması, tikintisi davam etdirilir. Həmçinin Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi üçün binanın tikintisi başa çatdırılıb, Şərur rayonunun Şəhriyar kəndində isə eynitipli obyektin yenidən qurulması davam etdirilir. Bundan əlavə, Culfa Rayon Təhsil Şöbəsinin inzibati binasının yenidən qurulması işləri uğurla həyata keçirilir.

***

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Ordubad rayonunun Vənənd, Şərur rayonunun Məmmədsabir kəndlərində həkim ambulatoriyası binalarının, Muğancıq-Mehrab kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyasının, Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binasının tikintisi davam etdirilir. Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə Ordubad Rayon Uşaq Xəstəxanası yaradılıb və səhiyyə müəssisəsi üçün bina yenidən qurulur.

***

Ötən illərdə olduğu kimi bu il də milli mənəvi dəyərlərimizin qorunmasına, tariximizi, mədəniyyətimizi özündə yaşadan abidələrin bərpasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində buzxananın yenidən qurulması, Yusif Küseyir oğlu türbəsinin və Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası başa çatdırılıb. Naxçıvan şəhərindəki Naxçıvançay sahilində “Sahil Parkı”, Şərur şəhərində musiqili fəvvarə tikilib, Təqaüdçülər Klubu yenidən qurulub, Şərur Rayon Mədəniyyət Sarayının və “Saat Meydanı”nın tikintisi aparılır. Bundan əlavə, Şərur, Ordubad və Sədərək rayonlarında bayraq meydanları inşa edilir. Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqlarının yenidən qurulub, Naxçıvan şəhərində və Culfa rayonunun Qazançı kəndində hər birində bir məscidin tikintisi, Ordubad şəhərində Cümə məscidinin yenidən qurulması davam etdirilir.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR